Dünya çempionatında birinci olmuş AAYDA-nin əməkdaşı fəxri fərmanla təltif olunub

29 Dekabr 2019- 16:08
11 Dünya çempionatında birinci olmuş AAYDA-nin əməkdaşı fəxri fərmanla təltif olunub

 “World Raw Powerlifting” dünya çempionatında qalib olmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Nicat Xosrovzadə agentliyin rəbərliyi tərəfindən qəbul olunub və fəxri fərmanla təltif edilib.

 

Qeyd edək ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 4-8 dekabr tarixlərində keçirilən “World Raw Powerlifting” dünya çempionatında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Nicat Xosrovzadə 125 kq çəki dərəcəsində 360 kq ağırlığı qaldıraraq birinciliyi əldə edib və bayrağımızı dalğalandırıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi bir daha idmançımızı qələbə münasibəti ilə təbrik edir və ona gələcək karyerasında uğurlar arzu edir!