Gəncə şəhəri, Göygöl və Samux rayon sakinlərinin qəbulu keçiriləcək

16 Dekabr 2019- 15:15
11 Gəncə şəhəri, Göygöl və Samux rayon sakinlərinin qəbulu keçiriləcək

20 dekabr 2019-cu il tarixində,saat 10-da Gəncə şəhərində  “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən Gəncə şəhəri, Göygöl və Samux  rayon sakinlərinin qəbulu keçiriləcək.

 

Qəbula yazılmaq istəyənlər Gəncə şəhəri “12 №-li Xüsusi Təyinatlı Yol İstismarı”   MMC-də  əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

 

Sakinlər qəbula  şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

 

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.