Magistral yolda rənglənmə işləri aparılacaq

29 Noyabr 2019- 10:38
11 Magistral yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 29-30 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-20-ci km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.