DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

17 Oktyabr 2019- 11:37
11 DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində, gecə saatlarında isə Xətai rayonu, Rahib Məmmədov və Ramiz Quliyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.