DİQQƏT! Bu ərazilərdə rənglənmə işləri aparılacaq

23 Sentyabr 2019- 10:32
11 DİQQƏT! Bu ərazilərdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.