Diqqət! Rənglənmə işləri aparılacaq

28 Avqust 2019- 14:18
11 Diqqət! Rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan  küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.