Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

22 Dekabr 2015- 00:00
11 Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

          Bu gün Qubada havanın temperaturunun digər günlərə nisbətən qəfil yüksəlməsi Xınalıq yolunda dağın ətəklərinə bir-neçə gün bundan öncə yağan güclü qar nəticəsində toplanmış qar kütləsi əriyərək yola doğru hərəkət edib.

 

          Nəticədə qar uçqunu yolun bağlanmasına səbəb oliub. Hadisə Quba-Xınalıq yolunun 36-38-ci kilometrlik hissələrində baş verib.

 

         Ümumilikdə sözügedən ərazilərdə 6 yerdə qar uçqunu qeydə alınıb. Yolda hərəkətin bərpası üçün dərhal əraziyə  “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikaları cəlb edilib. Texnikaların çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti tam bərpa edilib.

 

          “Azəryolservis” ASC sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyatlı olmalarını xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmalarını tövsiyə edir.