Diqqət! Bu yolda təmir işləri aparılır

3 İyul 2019- 11:16
11 Diqqət! Bu yolda təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 5 iyul tarixinədək Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 100-110-cu km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü və təmiri işləri aparılır.

 

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.