Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq

10 May 2019- 11:35
11 Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, 28 may və Aleksandr Puşkin küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.