Biləcəri enişində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Aprel 2019- 12:24
11 Biləcəri enişində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Məhdudlaşma 1 may tarixində axşam saatlarınadək davam edəcək.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

 

Yarana biləcək narahatlığa görə üzr istəyirik!