Bu yolda hərəkət məhdudlaşdırılır

22 Fevral 2019- 12:01
11 Bu yolda hərəkət məhdudlaşdırılır

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov prospektində Dəmiryolu stansiyasından Sabunçu İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətlik məhdudlaşdırılır.

 

Avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.

 

Müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.