Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2018-ci il münasibəti ilə tədbir keçirilib - FOTO

28 Dekabr 2018- 15:38
11 Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2018-ci il münasibəti ilə tədbir keçirilib - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2019-cu il münasibəti ilə tədbir keçirilib.

 

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra agentliyin akt zalında keçirilən tədbiri giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

 

Saleh Məmmədov xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2019-cu il münasibətilə ürəkdən təbrik edib, yol təsərrüfatı sahəsində çalışan insanlara  möhkəm cansağlığı, uzun ömür arzulayıb.

 

İdarə Heyətinin sədri bildirib ki, dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində 2018-ci il ərzində “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən sistemli fəaliyyət həyata keçirilib:

"Avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilib, 2019-ci ildə də bu istiqamətdə addımlar atılacaq, prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər əldə olunacaq."