Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ

5 Oktyabr 2018- 09:54
11 Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 6 oktyabr axşam saat 11:00-dan 7 oktyabr səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində,  növbəti gün, yəni 7 oktyabr axşam saat 11:00-dan 8 oktyabr səhər saat 6:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində  hərəkət məhdudlaşdırılacaq.

 

Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini  xahiş edirik.