Bu yollarda rənglənmə işləri aparılacaq

11 Sentyabr 2018- 15:17
11 Bu yollarda rənglənmə işləri aparılacaq

AAYDA və BNA-nin birgə məlumatı

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa Plazaya qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.