Neftçilər prospektində xətlənmə işləri aparılacaq

7 Sentyabr 2018- 09:53
11 Neftçilər prospektində xətlənmə işləri aparılacaq

AAYDA və BNA-nin birgə məlumatı

 

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsiməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

 

Sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, bundan başqa prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.