Bu yollarda rənglənmə işləri aparılacaq

6 Sentyabr 2018- 14:25
11 Bu yollarda rənglənmə işləri aparılacaq

AAYDA və BNA-nin birgə məlumatı

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, İstiqlaliyyət və Niyazi küçələrində həmçinin, Azneft dairəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.