AAYDA-nin rəsmi internet ünvanı operativ resurs kimi qiymətləndirilib

29 Avqust 2018- 13:52
11 AAYDA-nin rəsmi internet ünvanı operativ resurs kimi qiymətləndirilib

Bu dövlət qurumlarının elektron portalları necə işləyir?

 

Dövlət orqanlarının elektron idarəçiliyə keçidi vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu həm də dövlətin müasir prinsiplər əsasında idarə olunması anlamına gəlir. Bu prinsiplər vətəndaşların rahatlığının təminatına hesablanıb. Belə ki, vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq istədiyi informasiyanı rahatca əldə edə bilər. Bu gün artıq demək olar, bütün dövlət qurumlarının internet portalı mövcuddur. Bəs, görəsən bu elektron portallar necə işləyir? Dövlət qurumları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilirmi?

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi internet ünvanı (aayda.gov.az) operativ resurs kimi qiymətləndirilib. Sayt Azərbaycan, Rus və İngilis dillərində yayımlanır. Səhifədə vətəndaşlar üçün "Online müraciət", "Qaynar xətt" və "Qəbul günləri" bölmələri yaradılıb. Sayt avqust ayının 28 günü ərzində 29 xəbər yerləşdirib. Xəbərlərin əsasını yeni qurulan və təmir olunan yollar barədə məlumatlar təşkil edir. Resurs son dəfə 28 avqustda yenilənib. Bundan başqa, qurum sosial şəbəkələrdə də aktivdir. Agentliyin "Facebook", "Twitter" və "Youtube"da rəsmi hesabları var və burada gün ərzində mütəmadi olaraq informasiyalar yerləşdirilir.

 

Qurumun mətbuat xidmətinin rəhbəri aktivdir, sosial şəbəkədəki öz şəxsi profilindən bütün yenilikləri paylaşır.  

 

"Azərsu" ASC-nin rəsmi internet səhifəsində (azersu.az) abonentlər üçün lazım olacaq hər bir məlumat yerləşdirilib. Belə ki, sayta daxil olduqda vətəndaşlarla qurum arasında rahat əlaqəni təmin etmək üçün bir neçə bölmənin yaradıldığının şahidi oluruq. Sayt Azərbaycan və İngilis dilində hazırlanıb. Vətəndaşlar səhifədə yer alan "Qaynar xətt 955", "Borcunuzu öyrənin", "Online ödəniş", "Smart kart yükləmə təlimatı" kimi elektron xidmətlərdən istifadə edə bilərlər. Bunun sayəsində qurumla vətəndaşlar arasında əlaqə daha əlçatan səviyyədə olur. Bundan başqa, internet resursda xüsusi olaraq ayrıca yaradılan "Abonentlər" bölməsində “Azərsu” abonentləri üçün lazımı hər bir məlumat və qaydalar göstərilib. Qurum avqust ayının 28 günü ərzində 8 xəbər yerləşdirib. Bunların da əsasını bölgələrin su ilə təmin olunması təşkil edir. Saytın "Xəbərlər" bölməsində vətəndaşlar üçün mütəmadi olaraq məlumatlar yerləşdirilib. Məlumatlarda əvvəlcədən hansı rayonlarda su olmayacağı barədə informasiya verilir. Sayt son dəfə 28 avqustda yenilənib. Eyni zamanda, qurumun rəsmi "Facebook" hesabında da (AZERSU OJSC) sakinlər üçün operativ şəkildə hər bir məlumat yerləşdirilir.

Qurumun mətbuat xidmətinin rəhbəri aktivdir, sosial şəbəkədəki öz şəxsi profilindən bütün yenilikləri paylaşır.  

 

"Azərenerji" ASC-nin rəsmi internet səhifəsi də (azerenerji.gov.az) iki dildə - Azərbaycan və İngilis dilində fəaliyyət göstərir. Saytda vətəndaşlar üçün "Məktub yaz" və "186 Qaynar xətt" bölməsi yaradılıb. Səhifədə qurumun əlaqə nömrəsi və ünvanı qeyd olunub. Avqust ayının 28 günü ərzində "Xəbərlər" bölməsində 2 xəbər yerləşdirilib. Resurs son olaraq 4 avqustda yenilənib. Bu da çox azdır. 

Qurumun mətbuat xidmətinin rəhbəri aktivdir, sosial şəbəkədəki öz şəxsi profilindən bütün yenilikləri paylaşır.  

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəsmi internet ünvanında (dqdk.gov.az) avqust ayının 28 günü ərzində 38 xəbər yerləşdirib. Xəbərlərin əsasını Komitə sədrinin iştirakı ilə keçirilən görüşlər təşkil edir.  "Xəbərlər" bölməsi son olaraq 28 avqustda yenilənib. Qurumun mətbuat xidmətinin rəhbəri aktivdir, sosial şəbəkədəki öz şəxsi profilindən bütün yenilikləri paylaşır.  


 

Zəminə Abbasova

Bu məqalə “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Açıq  hökumətin təşviqi  - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Mənbə: http://www.azadinform.az