Dəmirçi-Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur

15 Avqust 2018- 11:45
11 Dəmirçi-Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur

Təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədi ilə 15-20 avqust 2018-ci il tarixlərində, Şamaxı rayonu, Dəmirçi-Lahıc avtomobil yolunda təhlükəsizlik sədlərinin quraşdırılması və Pirqulu-Dəmirçi-Lahıc avtomobil yolunda üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.