Zəncirvari qəza zamanı yol təsərrüfatına ziyan dəyib

26 Noyabr 2015- 00:00
11 Zəncirvari qəza zamanı yol təsərrüfatına ziyan dəyib

 

         Bu gün günorta saatlarında "Bakı dairəvi-1" avtomobil yolunun 9-cu kilometrliyində baş vermiş zəncirvarı avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.

 

         "Bakı dairəvi-1" avtomobil yolunun Lökbatan dairəsi istiqamətində hərəkətdə olan “DAEWOO” markalı 10 TB 307 dövlət nömrə nişanlı Bakı-Qazax reysi üzrə sərnişin daşıyan avtobus yol ayrıcında olan əyri-xətli dəmir tirlərə dəyib.

 

         İlkin ehtimallara görə, sərnişin avtobusunun sürücüsü ara məsafəsinin düzgün seçilməməsi səbəbindən qarşıda olan avtomobillərlə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi nəqliyyat vasitəsini əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə isə 56 paqon-metr əyri-xətli dəmir tirlər və 1 ədəd yol nişanı sıradan çıxıb.

 

         Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 5800 manat ziyan dəyib.  “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib

 

XƏBƏRƏ AİD FOTOLAR

 

XƏBƏRƏ AİD VİDEO