Diqqət! Bakı-Quba yolunda təmir işləri aparılır

13 İyul 2018- 12:33
11 Diqqət! Bakı-Quba yolunda təmir işləri aparılır

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 10-32-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.