Diqqət!  Bu yollarda rənglənmə işləri aparılır

10 İyul 2018- 10:44
11 Diqqət!  Bu yollarda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, M.A. Şərifzadə küçəsinin kəsişməsindən Əsəd Əhmədov küçəsinin (dairəvi yolunun) kəsişməsinə kimi olan hissədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.Rənglənmə işləri  axşam saatlarınadək yekunlaşdırılacaq.

 

 

Anoloji işlər bu gün axşam saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi olan hissədə aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

                                       

 

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.