DİQQƏT! Bakı-Quba yolunda təmir işləri aparılır

9 İyul 2018- 11:03
11 DİQQƏT! Bakı-Quba yolunda təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin sökülməsi işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.