Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

29 May 2018- 15:27
11 Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

AAYDA və BNA-nin birgə məlumatı

 

Aparılan təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli küçəsinin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Məhdudlaşma bu gecə, 29-dan 30 may tarixinə keçən gecə tətbiq ediləcək.

 

Hərəkətin məhdudlaşdırılması Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində  günlük tətbiq ediləcək. Əks istiqamət üzrə hərəkət məhdudlaşdırılması qeyd olunan hissədə işlər yekunlaşandan sonra baş tutacaq.

 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.