Rənglənmə ilə əlaqədar bir-neçə ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

24 May 2018- 12:49
11 Rənglənmə ilə əlaqədar bir-neçə ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

 Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

 

Bu məqsədlə sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.