DİQQƏT! Rənglənmə ilə əlaqədar 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır

18 May 2018- 16:31
11 DİQQƏT! Rənglənmə ilə əlaqədar 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır

 Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

 

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

 

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.