DİQQƏT! Xətai prospektində hərəkət qismən məhdudlaşdırılır

18 May 2018- 15:50
11  DİQQƏT! Xətai prospektində hərəkət qismən məhdudlaşdırılır

 

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Xətai prospektində piyada zolaqlarının və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

 

Sözügedən hissədə 18 may tarixində axşam saat 22:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.