DİQQƏT! Bakı Dairəvi-1 avtomobil yolunda yenidənqurma işləri aparılır

18 May 2018- 12:03
11 DİQQƏT! Bakı Dairəvi-1 avtomobil yolunda yenidənqurma işləri aparılır

Bakı Dairəvi-1 avtomobil yolunda rahat hərəkətin təşkili üçün əsas yolla köməkçi yol arasında yerləşən təhlükəsizlik sədlərinin sökülməsi işləri görülür. Sözügedən işlər axşam saatlarınadək davam etdiriləcək.

 

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.