Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

1 May 2018- 12:46
11 Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

AAYDA və BNA-nin birgə məlumatı.

 

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 1-dən 2-nə keçən gecədən etibarən Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 m) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.