H.Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

27 Aprel 2018- 18:04
11 H.Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

AAYDA və BNA-nin birgə məlumatı...

 

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Sabunçu” və “Böyük Şor” yol qovşağı arasında yerləşən hissəsində Olimpiya stadionu, Olimpiya şəhərciyi, Ziya Bünyadov və Qara Qarayev prospektinə doğru gedən yolların giriş hissələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 28-də səhər saat 11:00-dan 16:00-dək hərəkət məhdudlaşdırılacaq.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.