DİQQƏT!! “Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

27 Aprel 2018- 13:12
11 DİQQƏT!! “Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

AAYDA və BNA-nin birgə məlumatı...

 

Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektininBöyük Şoryol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.

 

Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik.