AAYDA-də növbəti hesabat yığıncağı keçirilib - VİDEO / FOTO

30 Aprel 2018- 12:00
11 AAYDA-də növbəti hesabat yığıncağı keçirilib - VİDEO / FOTO

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının növbəti hesabat yığıncağı keçirilib.

 

Yığıncaq iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 
Daha sonra ərazi üzrə ilk partiya təşkilatının tədbiri Dövlət Agentliyinin akt zalında davam etdirilib.

 

Tədbiri giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb. İdarə heyətinin sədri prezident seçkilərinin uğurla başa çatması və cənab Prezident İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

 

Saleh Məmmədov çıxışında qeyd edib ki, 1993-cü ilin yayında vətəndaş müharibəsi astanasında cəmiyyətimizin bütün ümidləri ulu öndər Heydər Əliyevə idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddət ərzində vəziyyəti sabitləşdirdi, bu da imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun və o ildən bu günədək Azərbaycan yalnız və  yalnız inkişaf yolu ilə gedir.

 

Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərdiyini qeyd edərək, ölkənin regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə vəziyyətin kökündən dəyişdiyini, dövlətimizin başçısının Sərəncamları ilə ayrılan vəsaitlərin yol infrastrukturunun dinamik inkişafına yol açdığı və bu istiqamətdə həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisinin, yenidən qurulmasının həcminin ildən-ilə artdığını bildirib.

 

Daha sonra tədbirdə YAP Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev çıxış edib. İlk partiya təşkilatının sədri də öz növbəsində cənab Prezident İlham Əliyevin yenidən prezident seçilməsi ilə bağlı təbrik sözlərini tədbir iştirakçılarına çatdıraraq, AAYDA üzrə 3 minə yaxın partiya üzvündən təqribən 500 nəfərinin YAP Nəsimi rayon təşkilatının qeydiyyatında olduğunu və təşkilatın idarə-müəssisələrində 25 dayaq məntəqəsinin yaradıldığını bildirib.

 

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da çıxış edərək, AAYDA-nin fəaliyyətini yüksək qiymətləndirərək Dövlət Agentliyinin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirib, YAP adından Dövlət Agentliyinə xüsusi diplom təqdim edib. Məlahət xanım, təşkilat üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib.

 

Daha sonra xüsusi fəallığı ilə seçilən Dövlət Agentliyinin bir qrup gənc əməkdaşı da YAP Nəsimi rayon təşkilatı tərəfindən xüsusi diplomlarla təltif edilib.

 

Təltif olunmuş əməkdaşların siyahısı:

  1. Hacıyev Rəşad Rafiq oğlu
  2. Hacıyev Pərviz Qurban oğlu
  3. Gülməmmədov Adil Dadaş oğlu
  4. Musayev Mehman Məhəmməd oğlu
  5. Əhmədli Türkan İlqar qızı
  6. Sadıqov Əli Vaqif oğlu
  7. Məmmədov Məmməd Əkbər oğlu
  8. Qurbanov Bəxtiyar Qurban oğlu
  9. İbrahimov Elnur Firudin oğlu
  10. Cəfərli Emil Ceyhun oğlu
  11. Hümbətov Mehman Cəfər oğlu