Qəza zamanı yol təsərrüfatına ziyan dəyib - FOTOLAR

19 Aprel 2018- 09:58
11 Qəza zamanı yol təsərrüfatına ziyan dəyib - FOTOLAR

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtmobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Belə ki, Hacıqabul şəhəri istiqamətdə hərəkətdə olan 99JF057 dövlət nömrə nişanlı “MAN” markalı yük maşınının sürücüsü naməlum səbəbdən idarə etməni itirib və yük maşını yol ayrıcında quraşdırılmış metal təhlükəsizlik səddini dağıdaraq qarşı tərəfə çıxaraq aşıb.

 

Baş vermiş qəza nəticəsində yol ayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.

 

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.