Yol təmiri aparılan ərazidə ağır qəza baş verib - FOTO

16 Mart 2018- 12:07
11 Yol təmiri aparılan ərazidə ağır qəza baş verib - FOTO

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazid ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Belə ki, Bakı şəhəri istiqamətində hərəkət edən 10 xn 136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşının sürücüsü idarəetməni itirərək avtomobili, təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq yol kənarında təmir işləri aparan texnikaya çırpıb.

 

Nəticədə qəza zamanı ölən və yaralılar var.

 

Hazırda faktla bağlı araşdırma aparılır.