AAYDA-də Çin nümayəndə heyəti ilə görüş və imzalanma mərasimi keçirilib - FOTO

15 Mart 2018- 13:55
11 AAYDA-də Çin nümayəndə heyəti ilə görüş və imzalanma mərasimi keçirilib - FOTO

Bu gün Çin Xalq Respublikası höküməti tərəfindən Azərbaycan Respublikası hökümətinə texniki yardım layihəsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol-istismar texnikaları ilə təmin olunması üzrə icra müqaviləsinin imzalanma mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan tərəfindən AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov və Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov, qarşı tərəfdən isə Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfdən səlahiyyətli nümayəndələr Liang Vei və xanım Lili Zhang, Çinin Azərbaycandakı səfirliyinin məsul işçiləri, səfirin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan, köməkçisi Ven Qoxuey iştirak ediblər.

 

Saleh Məmmədov qonaqları salamlayaraq Çin höküməti və xalqına dərin hörmətini bildirib, ölkələrimiz arasında olan dost münasibətlərinin xalqlarımız arasında da təzahür etdiyini qeyd edib. Dövlət Agentliyinin İdarə Heyətinin sədri Çin nümayəndə heyətinə 112 ədəd müxtəlif nəqliyyat vasitələri, yol inşaat və yol təmir texnikalarının yardım şəklində rəhbəri olduğu quruma verilməsini yüksək qiymətləndirərək, bu addımın vaxtında atılmış dost köməyi kimi dəyərləndirib.

 

Öz növbəsində Çinin ölkəmizdəki fövqaladə və səlahiyətli səfirinin müşaviri Van Çunqan da deyilən xoş sözlərə görə, minnətdarlığını bildirərək, 2017-ci ildə ölkələrimiz arasımda ticarət dövriyyəsinin son 26 ildə rekord həddə, 1 mlrd. 200 mln USD həcmində olduğunu xüsusi olaraq vurğulayıb. Van Çunqan ölkələrimiz arasında bütün sahələrdə böyük irəliləyişlərin olmasını qeyd edərək gələcəyə inamla baxdıqlarını söyləyib.

 

Görüşün sonunda qeyd olunan nəqliyyat vasitələrinin və texnikaların Azərbaycana gətirilməsi üçün icra müqaviləsinin imzalanması keçirilib.