2017-ci ildə 34 rayonunda 68 yol infrastrukturu layihəsi uğurla icra olunub

18 Yanvar 2018- 17:56
11 2017-ci ildə 34 rayonunda 68 yol infrastrukturu layihəsi uğurla icra olunub

2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb.

 

Belə ki, dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, 14 respublika əhəmiyyətli (373.9 km), 42 yerli əhəmiyyətli - kəndlərarası (863.2 km), Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu (98 km) layihələri, Şəkidə 1 körpünün bərpası və Zaqatalada 1 piyada keçidinin tikintisi layihəsi üzrə ümumilikdə respublikanın 34 rayonunda 68 layihənin tikintisi və yenidənqurması işləri başa çatdırılıb.  

 

Bu layihələrin həyata keçirilməsi, 2.1 milyon nəfər əhalinin yaşadığı 651 yaşayış məntəqəsini (Bakı şəhəri üzrə 28 yaşayış məntəqəsi) əhatə edərək rahat avtomobil yollarından istifadə edilməklə tədarük edilən kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində istənilən ünvana çatdırılmasına imkan yaradıb.