2017-ci ildə 1335 km yol tikilib, yenidən qurulub və təmir olunub

18 Yanvar 2018- 16:48
11 2017-ci ildə 1335 km yol tikilib, yenidən qurulub və təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində uzunluğu 1335 km təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Bura daxildir: 

  • Respublika əhəmiyyətli  - 313,4 km;
  • Yerli əhəmiyyətli            - 888,7 km;
  • Bakı şəhər yolları          - 133,0  km.

 

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 525 km, 2016-cı ildə isə 880 km yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub.