Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2018-ci il münasibəti ilə tədbir keçirilib - FOTO

28 Dekabr 2017- 13:48
11 Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2018-ci il münasibəti ilə tədbir keçirilib - FOTO

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2018-ci il münasibəti ilə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov açaraq, xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il münasibətilə ürəkdən təbrik edib, yol təsərrüfatı sahəsində çalışan insanlara  möhkəm cansağlığı, uzun ömür arzulayıb.

 

Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində 2017-ci il ərzində “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən sistemli fəaliyyət həyata keçirilib:

"Avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilib, 2018-ci ildə də bu istiqamətdə addımlar atılacaq, prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər əldə olunacaq."

 

Bayram tədbirinin sonunda il ərzində iş fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıb.