Süleyman Sani Axundov küçəsinin də bir hissəsi təmir olunub - FOTO

20 Dekabr 2017- 10:42
11 Süleyman Sani Axundov küçəsinin də bir hissəsi təmir olunub - FOTO

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin də bir hissəsi təmir olunub.

 

Təmir işləri “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və texnoloji  aradıcıllığa riayət olunmaqla küçənin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsində ( “Azadlıq prospekti” metrostansiyasının önü) aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu.

 

Uzunluğu 620 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 16.5 metr təşkil edir.

 

zügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə yolun 11 500 m2 ərazisinə yeni asfalt-beton örtüyü döşənib.

 

Bundan başqa küçə boyu zəruri olan yerlərdə səkilər və səki daşları bərpa olunub, yeraltı kommunikasiya xətlərinin 16 ədəd baxış qapağı yenilənib.

 

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

 

Təmir-tikinti işləri “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.