DİQQƏT!Binəqədi şosesində hərəkət hissə-hissə məhdudlaşdırılır

30 Noyabr 2017- 14:39
11 DİQQƏT!Binəqədi şosesində hərəkət hissə-hissə məhdudlaşdırılır

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

 

Sürücülərdən aparılan işlərə analayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.