Xaçmaz rayonunda yeni avtomobil körpüsü inşa edilib – FOTO      

10 Noyabr 2017- 16:30
11 Xaçmaz rayonunda yeni avtomobil körpüsü inşa edilib – FOTO      

Xaçmaz rayonunda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib.

 

Yeni körpü Xaçmaz rayonunun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib.

 

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa əsasən inşa edilmiş yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla 14 metr uzunluğunda və 5.5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.

 

Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağıtmışdı. Nəticədə 12 metr uzunluğunda və 4.5 metr enində olan körpü iki hissəyə bölünmüşdü.

 

Əraziyə cəlb olunmuş Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvəsi və texnikaları vasitəsi ilə tikinti işləri qısa müddətdə (22 gün) və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.