Fətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılıb – VİDEO / FOTO

8 Noyabr 2017- 13:55
11 Fətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılıb – VİDEO / FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətind aparılan kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Quba şəhəri Fətəli Xan küçəsində təmir-tikinti işləri aparılıb.

 

Sözügedən küçənin uzunluğu 1.4 km, ortalama eni isə 10 metrdir. Piyada səkilərinin eni isə 2-4 metr arası dəyişir.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra küçənin 13 min m2-dən çox hissəsinə yeni asfalt örtüyü döşənib. Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkəti üçün mövcud piyada səkiləri də yenidən qurulub. Səkilərin üstünə bəzək daşları döşənib, kənarlarına isə 2700 paqon-metr yeni səki daşları düzülüb.

 

“Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri bitəndən sonra küçəyə yolcizgi və yolgöstərici xətlər çəkilib.