Az    |     Ru    |     En
      

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

 

Sürücülərdə alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.

24.10.2017

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin