Az    |     Ru    |     En
      

          Şamaxı  rayonu Pirqulu - Dəmirçi kəndini birləşdirən, dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

                         

                                              

 

 

                                               

 

                                             Avtomobil yolunun əsas göstəriciləri

Yolun uzunluğu –   8,0  km

Yolun texniki dərəcəsi –   IV

Hərəkət hissəsinin eni  –   7-8 m  

Hərəkət zolaqlarının sayı -  2 ədəd

Hərəkət zolağının eni - 3,5-4,0 m

Çiyinin eni  -  2( 2-2,5 m)

Torpaq yatağının eni – 10,0-12 m

                                                         

                                          Yolun konstruksiyası:

- Əsasın alt layı,  karxana qum-çınqıl qarışığı, qalınlığı - 20 sm;

- Əsasın üst layı, optimal qum-qırmadaş  qarışığı, qalınlığı  - 15 sm;

- Asfaltbeton örtük  3 laydan ibarət (7+6+5 sm) qalınlığı - 18 sm;

 

                                           Aşağıda göstərilən işlər yerinə yetirilmişdir

  • Torpaq işləri  -  144,5 min m3;
  • Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə  - 37,5 min  m3 çınqıl və qum-qırmadaş qarışığı;
  • Trapesiya en kəsikli küvetlər - 6800,0 metr;
  • Müxtəlif diametrli 14 ədəd su ötürücü borular - 210 metr;
  • Monolit dəmir-beton konstruksiyalı istinad divarları  - 380,0 metr;
  • Dəmir-beton təhlükəsizlik sədləri - 6700 metr;
  • Su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları- 46 metr;
  • 3 laydan ibarət asfalt-beton örtüyün tikintisinə sərf edilən asfalt-beton qarışığı- 27,7 min ton;
  • Avtobus dayanacaqları  - 3 ədəd;
  • Müxtəlif yol nişanları və göstərici lövhələr - 92 ədəd;
  • Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlənmə - 24 100 m.

10.10.2017

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin