Az    |     Ru    |     En
      

           Avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Hökuməti ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 2010-cu il 11 avqust tarixində imzalanmış  7889 AZ nömrəli Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 oktyabr tarixli 296s saylı Sərəncamı ilə təsdiq edilmiş 4723 AZ nömrəli Kredit Sazişi əsasında aparılmışdır.

 

                                                         YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Yolun uzunluğu  - 46.0  km

Yolun texniki dərəcəsi  -  1b 

Yolun eni  - 27.5 m;

Yolun hərəkət hissəsinin eni:  - 4 x  3,75 m

Hərəkət zolaqlarının sayı - 4 ədəd

Ayrıcı zolağın eni  - 5.0 m

Çiyinlərin eni  - 2 x 3.75 m (2 x 1,5 m hissəsi ikiqat, bitumla hopdurulmuş qırmadaşla bərkidilir)

 

                                            

                                                       YOL GEYİMİNİN KONSTRUKSİYASI

Asfalt-beton örtüyün xırda dənəli asfalt-beton qarışığından tikilən yeyilmə layı - 4 sm

Asfalt-beton örtüyün iri dənəli asfalt-beton qarışığından tikilən əsas layı - 6 sm

Əsasın bitumla emal edilmiş qırmadaşdan tikilən üst layı  - 19 sm

Əsasın optimal qum-qırmadaş qarışığından tikilən alt layı  - 15 sm

Əsasın optimal qum-çınqıl qarışığından tikilən əlavə lay - 22 sm

 

                                                           LAYİHƏ ÜZRƏ İŞ HƏCMLƏRİ

Torpaq işləri - 3 807,6 min m3

Dənəvər tərkibli əsasın alt layı - 433,2 min m3

Qırmadaşlı əsas - 143,6 min m3

Bitumlu əsas -  414,5 min ton

Asfalt işləri (iridənəli) - 143,3 min ton

Asfalt işləri (xirda dənəli) - 94,4 min ton

 

 

  • Dairəvi və düzbucaqlı borular tikilmişdir  - 94 ədəd 
  • Yeraltı  keçid tikilmişdir  - 16 ədəd 
  • Yerüstü piyada keçidi  tikilmişdir  -  6 ədəd                                                                            

 

                                          Layihəyə əsasən yol boyu iki ədəd körpü tikilmişdir:

Körpülər haqqında məlumat.

 

Körpünün yeri, km

Uzunluğu, m

Körpünün sxemi

Eni, m

 

1

Ceyrankeçməz çayı üzərində körpü (62+890)

47.5

2x18.0+15.0

2x15.0

 

2

Ceyrankeçməz çayı üzərində körpü (68+470)

54.16

3x18

2x15,0

 

 

 

           Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz  yol infrastrukturu yaranacaq, turizmin və regionların sosial-iqtisadi inkişafı, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.

 

Sifarışçi:                        “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti

Podratçı təşkilatlar;     “Polat Yol Yapı Sanayi və Ticaret A.S.”  şirkəti (Türkiyə);

Texniki nəzarətçi:        “Pyunghwa Engineering Consultants Ltd” şirkəti (Koreya);

 

10.10.2017

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin