Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin başa çatdırılması layihəsi

10 Oktyabr 2017- 09:37
11 Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan   avtomobil yolunun tikintisinin başa çatdırılması  layihəsi

          Azərbaycan Respublikası Prezidentinin 2014-cü il  11 iyun tarixli Sərəncamına uyğun olaraq 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 30,2 km olan Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-ParçaXələc-Seyidan avtomobil yolunun tikintisinə başlanılmış və bu məqsədlə Salyan rayon İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdır.

        Möhtərəm cənab Prezidentin növbəti- 2016-cı il 26 avqust tarixli 2286 nömrəli Sərəncamına uyğun olaraq Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.

                            

                                                    Avtomobil yolunun əsas göstəriciləri

Yolun uzunluğu  - 30,2  km

Yolun texniki dərəcəsi - IV

Hərəkət hissəsinin eni - 6,0 m  

Hərəkət zolaqlarının sayı -  2 ədəd

Hərəkət zolağının eni - 3,0 m

Çiyinin eni -  2 x 2,0 m

Torpaq yatağının eni - 10,0 m

             

                                                        Yolun konstruksiyası:

- Əsasın alt layı,  karxana qum-çınqıl qarışığı, qalınlığı - 22 sm;

- Əsasın üst layı, optimal qum-qırmadaş  qarışığı, qalınlığı  - 15 sm;

- Asfalt-beton örtük  2 laydan ibarət (4+4 sm) qalınlığı - 8 sm;

 

                              

                      

                                                Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

Torpaq işləri  - 119,1 min m3

Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və qum-qırmadaş qarışığının sərfi- 139,8 minm3;

Müxtəlif diametrli su ötürücü borular tikilmişdir - 45 ədəd;

2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə asfalt-beton qarışığı sərf edilmişdir  - 40,1  min ton

Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır - 158 ədəd;

Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkilmişdir - 70,0 km.

        

         Bu yolun tikilməsi 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

         Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin başa çatdırılması  işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin  “8 №-li Xüsusi Təyinatlı  Yol İstismarı”  MMC   tərəfindən yerinə yetirilmişdir