Az    |     En
      

 Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 avqust tarixli Sərəncamı ilə 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 21,2 km olan Cəlilabad rayonunun Cəlilabad – Astanlı – Cəngan – Soltankənd avtomobil yolunun tikintisinə başlanılmış və Cənab Prezidentin 2013-cü il 30 dekabr tarixli, 2015-ci il 17 avqust tarixli Sərəncamlarına uyğun olaraq Cəlilabad rayon İcra Hakimiyyətinə ümumilikdə 11,1 milyon manat vəsait ayrılmışdır.

 

Möhtərəm cənab Prezidentin növbəti, 2016-cı il 22 iyul tarixli 2236 nömrəli Sərəncamına əsasən Cəlilabad rayonunun Cəlilabad – Astanlı – Cəngan – Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş və tikinti işləri qısa müddət ərzində başa çatdırılmışdır.

 

 

 Avtomobil yolunun əsas göstəriciləri

 

Yolun uzunluğu – 21,2  km

Yolun texniki dərəcəsi – IV

Hərəkət hissəsinin eni – 6,0 m  

Hərəkət zolaqlarının sayı -2 ədəd

Hərəkət zolağının eni - 3,0 m

Çiyinin eni- 2 x 2,0 m

Torpaq yatağının eni – 10,0 m

             

                                              

  Yolun konstruksiyası:

 

- Əsasın alt layı,  karxana qum-çınqıl qarışığı, qalınlığı - 20 sm;

- Əsasın üst layı, optimal qum-qırmadaş  qarışığı, qalınlığı - 15 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (6+4 sm) qalınlığı- 10 sm;

                   

                      

   Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

  • Torpaq işləri - 212,3 min m3
  • Yolun əsasının və çiyinlərin tikintisinə

ümumilikdə çınqıl və qum-qırmadaş

qarışığının sərf edilmişdir - 53,0 minm3;

  •  Müxtəlif diametrli su ötürücü borular- 42 ədəd;
  • 2 laydan ibarət asfalt-beton örtüyün
  •  tikintisinə   asfalt-beton qarışığı sərf edilmişdir- 30,5  min ton
  • Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır-118 ədəd;
  • Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir - 52,9 km.

        

         Bu yolun tikilməsi 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

 

         Cəlilabad rayonunun Cəlilabad – Astanlı – Cəngan – Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması  işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “7 №-li Magistral Yolların İstismarı”  MMC   tərəfindən yerinə yetirilmişdir.

05.09.2017