Az    |     Ru    |     En
      

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il  13 iyun tarixli Sərəncamına uyğun olaraq 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 31,0 km olan Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisinə başlanılmış və bu məqsədlə Şəmkir  rayon İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdır.

 

        Möhtərəm cənab Prezidentin növbəti- 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına uyğun olaraq Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.

                          

 

                                      Avtomobil yolunun əsas göstəriciləri

 

 

 Yolun uzunluğu – 31,0 km

 Yolun texniki dərəcəsi - IV

Hərəkət hissəsinin eni bərkidici zolaq ilə – 7 m

Hərəkət zolaqlarının sayı -2 ədəd

Hərəkət zolağının eni -  3,5 m

Çiyinin eni -1,5 m x 2

Torpaq yatağının eni – 10 m

 

 

                                                          Yolun konstruksiyası:

 

- Əsasın alt layı – qum-çınqıl qarışığından, qalınlığı - 16 sm;

- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 12 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (8+5 sm) qalınlığı – 13 sm;  

 

                           

                                        Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

  •  Torpaq işləri – 482,2 min m3;
  • Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 112 min  m3 çınqıl və qum-qırmadaş qarışığı sərf edilmişdir;
  • 1525 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır;
  • Əyrixətli tirlər quraşdırılmışdır- 650 pm 
  • 360 ədəd müxtəlif yol nişanları və 16 ədəd göstərici lövhələr quraşdırılmışdır
  •  Boya ilə xəttləmə işləri aparılmışdır– 81 300 m.

      

 

 

 

21.08.2017

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin