Az    |     En
      

 Azərbaycan Respublikası Prezidentinin 2014-cü il  9 iyun tarixli Sərəncamına uyğun olaraq 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 36,5 km olan Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabddallı-Samux avtomobil yolunun tikintisinə  başlanılmış və bu məqsədlə Samux rayon İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdır.

 

        Möhtərəm cənab Prezidentin növbəti- 2016-cı il 2 noyabr tarixli 2405 nömrəli Sərəncamına uyğun olaraq Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanaddallı-Samux avtomobil yolunun tikintisinin başa çatdırılması  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.

                             

                                             Avtomobil yolunun əsas göstəriciləri

 

Yolun uzunluğu – 36  km

Yolun texniki dərəcəsi –  IV

Hərəkət hissəsinin eni  –  60 m  

Hərəkət zolaqlarının sayı - 2 ədəd

Hərəkət zolağının eni - 3,0 m

Çiyinin eni - 2 x 2,0 m

Torpaq yatağının eni -10,0 m

             

                                              

 

                                      Yolun konstruksiyası:

 

- Əsasın alt layı,  karxana qum-çınqıl qarışığı, qalınlığı - 25 sm;

- Əsasın üst layı, optimal qum-qırmadaş  qarışığı, qalınlığı - 15 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (6+4 sm) qalınlığı - 10 sm;

 

                              

                        Aşağıda göstərilən işlər yerinə yetiriləcəkdir

 

  • Torpaq işləri - 119,1 min m3
  • Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və qum-qırmadaş qarışığınınsərfi- 139,8 minm3;
  •  Müxtəlif diametrli su ötürücü borular - 45 ədəd;
  • Yol üzərində uzunluğu 57 m, eni 11 m olan 1 körpü tikiləcəkdir;
  • Avtobus dayanacaqları quraşdırılacaqdır - 16 ədəd;
  • 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə   asfalt-beton qarışığı sərf ediləcəkdir - 40,1min ton
  • Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaqdır -158 ədəd;
  • Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkiləcəkdir - 91,2 km.

        

 Bu yolun tikilməsi 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

         

        Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanaddallı-Samux avtomobil yolunun tikintisinin başa çatdırılması  işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin  “30 № - li Yol İstismarı”  MMC   tərəfindən aparılır.

 

 

 

 

21.08.2017