Balaxanı- Binəqədi avtomobil yolunun bu hissəsi 4 gün bağlı olacaq

14 Avqust 2017- 12:35
11 Balaxanı- Binəqədi avtomobil yolunun bu hissəsi 4 gün bağlı olacaq

                Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq. Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19- na kimi qüvvədə olacaq.

 

“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat – Məhəmmədi – Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir.