Az    |     En
      

2017-ci ilin I rübü ərzində respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına aşağıda göstərilən layihələrdə də işlər davam etdirilmişdir.

 

Bu layihələr sırasına  Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi hesabına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda (M-3) həyata keçirilən a) l Ələt-Şorsulu hissəsi ( 55,8-80,6 km),  Asiya İnkişaf Bank ilə bağlanmış Kredit Sazişi hesabına isə b)Şorsulu-Cəlilabad (80,6÷110,7 km) hissəsi,  c)  Cəlilabad-Masallı (110,7÷142,9 km) hissəsi, d) Masallı-Astara (Masallı-Girdəni, km 0÷22,2) A hissəsi, ​f) Masallı-Astara  (Pensar-Astara  41,5÷61,4 km) hissəsi daxildir.

 

 Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun 13,3÷107 km hissəsinin  4 zolağa genişləndirilməsi Müşviqabad qəsəbəsi ərazisi (13,3-15,1 km), Müşviqabad-Çəngi hissəsi (15,1÷44,6 km ), Çəngi-Qobustan hissəsi (44,6÷67,5 km), Qobustan-Bədəlli hissəsi (67,5÷91,0  km) layihələri də xarici investesiya - Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi hesabına tikilən layihələr sırasında yer alır.

 

Bundan başqa Asiya İnkişaf Bank ilə bağlanmış Kredit Sazişi əsasında tikilən layihələrə Gəncə regionunda 4 ədəd körpünün tikintisi (Ağstafa-Poylu avtomobil yolunda (R-24) 3 ədəd və Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda   1 ədəd), də aiddir. 

 

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)  maliyyəsi hesabına isə Mingəçevir-st.Mingəçevir-Bəhramtəpə avtomobil yolu (R-18) yenidən qurulub.

 

Daxili investisiya hesabına tikilən yollar 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli, 2017-ci il 05 aprel tarixli  2802 nömrəli, 2017-ci il 20 aprel tarixli  2820 nömrəli sərəncamlarına əsasən Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının, Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik hissəsinin yenidən qurulmasına, “Ağ şəhər” layihəsinin davam etdirilməsinə ayrılıb.

 

Daha sonra Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazinin abadlaşdırılması və məscidi ziyarət edənlər üçün parklanma imkanlarının yaradılması və əhalinin köçürülməsinə, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesinin birləşdirən 8 hərəkət zolaqlı avtomobil yolunun layihə-smeta sənədlərinin hazırlanmasına və xarici kreditlər hesabına maliyyələşən layihələrdə Azərbaycan tərəfinin payının ödənilməsinə yönəldilmişdir.

 

 

10.08.2017